Azərbaycanlı qanuni oğru Gəncəli Albert həbs edildi
Qanuni oğru Gəncəli Albert ( Əli Heydərov ) Rusiyanın Arxangels şəhərində saxlanılıb.
Azerinfo.tv xəbər verir ki, bu haqda "Exo Severa" nəşri yazıb.
Bir neçə saatdan sonra o sərbəst buraxılıb. Rusiya mətbuatı yazır ki, bir müddət əvvəl Arxangelsdə bir neçə avtomaşın qəsdən yandırılıb və azərbaycanlı qanuni oğrunun bu işlərə aidiyyatı ola bilər.
İlqar Atayev