Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEO

2-02-2023, 14:16 58 dəfə baxılıb

Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEO


cuma əhmədov..əhməd əhmədzadəSosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidməti xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEOBakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEOBakının mərkəzində əməliyyat, avtoritet tutuldu - FOTO/VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR