Paytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO

19-06-2023, 10:04 47 dəfə baxılıb

Paytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO


Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, sürücülərin verdiyi məlumata görə, prospektin “Koroğlu” metro stansiyası istiqamətinə gedən hissəsində tuneldə iki avtomobil toqquşub.

Daha sonra 7 avtomobil ardıcıl zəncirvari şəkildə biri-birinə dəyib.

Qəza zamanı “Opel” markalı maşının sərnişini və BYD markalı avtomobilin sürücüsü Balakişi Hüseynov ağır bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya çatdırılıb.
Bu vaxt prospektdə hər üç zolaqda qəzaya uğramış avtomobillər olduğundan tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin və Post Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.

Paytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTOPaytaxtda doqquz avtomobil toqquşub: Xəsarət alanlar var - FOTO


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR