Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb

Bu gün, 07:46 9 dəfə baxılıb

Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 15-də ölkə üzrə polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat və profilaktik tədbirlər nəticəsində bir sıra cinayətlərin üstü açılıb, axtarışda olan şəxslər saxlanılıb, həmçinin qanunsuz dövriyyədən narkotik vasitələr və silah-sursat çıxarılıb.

Həmin gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayət və əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Aparılan əməliyyatlar nəticəsində cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

Axtarışda olan şəxslərin tutulması istiqamətində görülən tədbirlər nəticəsində ümumilikdə 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin dələduzluq cinayətinə görə axtarışda olan 10 nəfər də əməliyyat tədbirləri ilə saxlanılıb.

İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə və aidiyyəti qurumlara təhvil verilib.

Narkotiklərlə bağlı aparılan əməliyyatlar zamanı ümumi çəkisi 23,5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Bu istiqamətdə 20 fakt müəyyən edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən tədbirlər nəticəsində 3 fakt üzrə 3 avtomat silah, 1 tüfəng, 1 patron darağı və 30 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz odlu silah-sursatın və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində qətiyyətli və fasiləsiz tədbirlərin davam etdirildiyi bildirilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR