Ötən gün "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlanmışdı.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mərkəz tərəfindən araşdırma aparılır:
"Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.
Əlavə olaraq bildirilir ki, aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən bir neçə dəfə tədbirlər görülüb", - cavabda qeyd olunub.
loading...