Qazaxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi tədbirlərlə rayonun Yuxarı Salahlı kənd sakini 1977-ci il təvəllüdlü Mehdiyev Məzahir Cəlal oğlu saxlanılıb.
Suvarma kanalında qanunsuz ov edən şəxsdən elektrik cərəyanı artıran cihaz, elektrik batareyası, xüsusi ovlama vasitəsi, rezin qayıq və qanunsuz ovlanmış 83 ədəd balıq götürülüb.
Bildirilib ki, ekoloji cinayətlərə qarşı tədbirlər davam etdiriləcək.
loading...