Xalq şairinin həyat yoldaşına "pul atan"a AĞIR CƏZA TƏLƏBİ

22-09-2018, 00:04 489 dəfə baxılıb

Xalq şairinin həyat yoldaşına "pul atan"a AĞIR CƏZA TƏLƏBİ


Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə və başqalarına qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Mirzə Şəmsiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

F. Ulutürk ona dəymiş ziyandan yalnız 1600 manatın ödənildiyini və yerdə qalan vəsaitin də ödənilməsini tələb edib.

Prosesdə digər zərərçəkənlər də çıxış ediblər. Onlar da şikayətçi olduqlarını, dəymiş ziyanın ödənilməsini tələb ediblər.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses sentyabrın 28-də davam edəcək.

Qeyd edək ki, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR