"Tarzan"ı döydülər və "vor zakon" titulundan məhrum etdilər

1-10-2018, 21:15 650 dəfə baxılıb

"Tarzan"ı döydülər və "vor zakon" titulundan məhrum etdilər


Yaxın günlərdə Türkiyədə türk və yunan "oğru" klanının nümayəndələri arasında növbəti dəfə qarşıdurma yaranıb. Qarşıdurma zamanı 10-a yaxın adam döyülüb, “oğru dünyası”nda “Tarzan” ləqəbi ilə tanınan 31 yaşlı İrakli Rexviaşvilinın isə “qanuni oğru” titulu əlindən alınıb. Buna səbəb oğru dünyasında tanınmış simalar - “Dato Kutaisski”, “Qeqa Ozurgetski”, “Giya”, “Roma Batumski”yə qarşı davranışları, “Lavasoqlı Batumski”nin ünvanına xoşagəlməz ifadələr işlətməsi olub.

Bəzi məlumatlara görə, “Tarzan” Türkiyəyə "qanuni oğru” Qiya Kartvelişvili ilə münasibətlərini qaydaya salmaq üçün gəlib. Lakin “Kaxa Tbilisski” ilə “Tarzan” burada heç də xoş qarşılanmayıblar. Görüşdə “qanuni oğru”lar “Enso Batumski”, “Çuto Xonski”, “Bonço” və “Kuso” da iştirak ediblər. Türk “oğru klan”ı tərəfindən tənə və danlaqlarla üzləşdikdən sonra isə Oraqvelidze mübahisəni daha da qızışdırıb. Öz növbəsində “Tarzan” “Enso Batumski”ni görüncə , “bu, “Dato Krasnadorski”nin doğradığı Enso deyilmi?” deyə soruşub. Daha sonra isə “çevrə”dəkiləri “oğru” hesab etmədiyini bildirib.

Özünə aid olmayan işlərə qarışdığına görə “Tarzan” ı döyməyə başlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə daha bir "qanuni oğru" – Teymuraz Çuradze “oğru tacı”ndan məhrum edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR