Hər ikisi 21 yaşında öldü – Qız bıçaqlandı, qardaşı isə intihar etdi

15-12-2018, 21:25 397 dəfə baxılıb

Hər ikisi 21 yaşında öldü – Qız bıçaqlandı, qardaşı isə intihar etdi


Hollandiyanın Rotterdam şəhərindəki Erasmus Universitetində təhsuil alan 21 yaşlı amerikalı Sara Papenheim qaldığı tələbə yataqxanasında öldürülüb.

Sara 2016-cı ildən Erasmus Universitetində təhsil alırmış.

Gənc tələbənin öldürülməsindən sonra aparılan araşdırmalar zamanı ortaya çıxıb ki, onu otaq rəfiqələri bıçaqlayaraq öldürüb.

Polis qatili qısa müddət sonra qatar dayanacağında həbs edib.

Qeyd olunur ki, Sara Papenheim bir neçə gündən sonra yeni ili ailəsi ilə qarşılamaq məqsədilə ABŞ-a gedəcəkmiş. Ailəsi onun ölüm xəbərindən şoka düşüb.

Anası deyib ki, sonuncu dəfə qızı ilə danışarkən otaq yoldaşlarının pis rəftarı ilə üzləşdiyini deyib. Ana qızına otağını dəyişdirmək təklifini etdikdə Sara bildirib ki, otaq yoldaşları onun dostlarıdır və ona heç vaxt ziyan vurmazlar.

Qeyd edək ki, Saranın oğlu bir neçə il əvvəl 21 yaşında intihar edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR