Keçmiş ANS-çinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

28-02-2019, 20:43 393 dəfə baxılıb

Keçmiş ANS-çinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Bir neçə gün əvvəl itkin düşmüş Gəncə sakini 1990-cı il təvəllüdlü Pərviz Quliyevin Sumqayıtda dəniz kənarında asılmış vəziyyətdə meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb.

Dia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyit müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə təqdim edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xatıladaq ki, fevral ayının 22-dən itkin düşən düşən Pərviz Quliyevin meyiti bu gün Sumqayıtda "Mayak" adlanan ərazidə aşkarlanıb. P.Quliyev sonuncu dəfə metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR