Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

18-04-2019, 15:54 311 dəfə baxılıb

Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var


Venesuelanın Nueva-Esparta ştatında yerləşən həbsxanalardan birindən kütləvi qaçış baş verib.

Bu barədə "Notosiaz Venesuela” portalı məlumat yayıb.

Belə ki, təxminən 60 məhbusun soyuq silahlarla 2 mühafizəçiyə hücum etdiyi deyilib.

Qarşıdurma zamanı məhbuslardan biri öldürülüb. Xəsarət alan mühafizəçilər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qaçan məhbuslar gözətçi otağına daxil olaraq oradakı silahları götürməyə müvəffəq olublar. Hazırda ərazidə axtarış tədbirləri həyata keçirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR