Həbib Ronaldo ilə dostluğundan danışdı: - Messi olmasa...

21-10-2019, 15:54 215 dəfə baxılıb

Həbib Ronaldo ilə dostluğundan danışdı: - Messi olmasa...


Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov “Yuventus”un hücumçusu Kristiano Ronaldo ilə dostluğundan danışıb.

Bu barədə “Sport-Ekspress” nəşri yazıb.


Onun sözlərinə görə, aralarındakı dostluq hələ Ronaldonun Madrid “Real”ında oynadığı dövrlərdən mövcuddur. İdmançı həmçinin Ronaldonun “Barselona”nın hücumçusu Messi ilə münasibətinə də toxunub.

“Mən “Real”ın çoxdankı azarkeşiyəm və Ronaldo ilə dostluq edirik. Bu barədə Ronaldo ilə danışmışıq. O, Messi olmasaydı, bu qədər güclü ola bilməyəcəyini dedi. Sənə rəqib lazımdır, bu insanı daha yaxşı olmağa sövq edir. Biznesdə olduğu kimi rəqabət olmadan bazar mövcud ola bilməz. Bu planda onlar bir-birini tamamlayır”, - Nurməhəmmədov bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR