Klopp "Bayer"in futbolçusunu tələb edir

13-02-2020, 10:23 108 dəfə baxılıb

Klopp "Bayer"in futbolçusunu tələb edir

Liverpul" yayda transfer etmək istədiyi futbolçulardan biri müəyyənləşib.

"Daily Express" xəbər verir ki, "qırmızılar" baş məşqçi Yurgen Kloppun tələbi ilə "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi transfer siyahısına əlavə edib.

Havertslə "Mançester Yunayted"lə Münhen "Bayern"i də maraqlanır. Lakin "Liverpul"son dönəmlərdəki uğurlarına görə bu transferdə bir addım öndədir.

20 yaşlı futbolçu 11 yaşından "Bayer"in akademiyasındadır. O, 2018-ci ildən Almaniya millisinə dəvət alır. Havertsin Leverkuzen klubu ilə müqaviləsi 2022-ci ilin yayında bitir. Gənc oyunçu bu mövsüm 26 oyunda 5 qol vurub, 2 assist edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR