Taysonun yenidən döyüşə çıxmağını istəyirlər

1-06-2020, 15:34 39 dəfə baxılıb

Əfsanəvi boksçu Mayk Tayson ona edilən təkliflə yenidən gündəmdədir.

Paylaşdığı məşq videoları ilə yenidən karyerasına davam edəcəyi söylənilən idmançıya təkrar rinqə çıxması üçün 1 milyon dollar təklif edilib.

Ondan 1995-ci ildə 89 saniyədə nokaut etdiyi Piter Maknili döyüşülməsi istənilib. Ancaq boksçu tərəfindən bu təklifə hansı cavab verilməsi barədə məlumat yayılmayıb.

Qeyd edək ki, Tayson karyerası ilə 11 iyun 2005-ci ildə vidalaşıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR