Türkiyə Super Liqası sükutla bərpa olunur

12-06-2020, 13:59 36 dəfə baxılıb

Bu gün futbol üzrə Türkiyə Super Liqası bərpa olunacaq.

"Report"un məlumatına görə, çempionat 87 günlük fasilədən sonra qaldığı yerdən davam etdiriləcək. XXVII turun bütün matçları bir dəqiqəlik sükutla başlayacaq. Koronavirus səbəbindən dünyasını dəyişənlər və iki gün əvvəl həyatını itirmiş Türkiyə millisinin sabiq üzvü Talat Özkarslının xatirəsi qarşılaşmalarda 1 dəqiqəlik sükutla yad olunacaq. Eyni zamanda, futbolçular öz istəkləri ilə qara sarğıdan yararlanacaqlar.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək. "Fənərbağça" "Kayserispor"u, "Göztepe" "Trabzonspor"u qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Superliqanın oyunlarında koronavirusa görə bır sıra məhdudiyyətlər olacaq. Qarşılaşmalar azarkeşsiz keçiriləcək və oyundan öncə stadionlardakı otaqlar dezinfeksiya olunacaq. Komandalar və hakimlər 15 dəqiqə fərqlə stadionun ərazisinə girib-çıxa biləcəklər. Matçlarda yan xəttlərdə 2, qapıların arxasında isə 1 nəfər olmaqla 6 topdaşıyan olacaq. Həmin şəxslər mütləq əlcək və maska taxmalıdırlar.

Superliqa oyunlarında ən azı 15 topdan istifadə olunmalıdır. Oyundan öncə toplar dezinfeksiya olunacaq və sonra bağlı məkanda saxlanılacaq. Ehtiyat oyunçular skamyasında futbolçular yanlarındakı iki oturacağı boş saxlamalıdır. Oyunçular salamlaşmayacaq və matçdan əvvəl komanda şəklində foto çəkilməyəcək.

Futbolçular, baş məşqçilər və komanda üzvlərinin stadiona daxil olandan sonra temperaturları yoxlanılacaq. Bütün komanda üzvləri, jurnalistlər oyunlardan iki gün əvvəl antikor testindən keçəcəklər.

Qeyd edək ki, Türkiyə Super Liqası martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR