Maqnus Karlsen 75 min dollar qazanıb

16-06-2020, 12:05 234 dəfə baxılıb

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen "Clutch Chess International" onlayn-turnirinin finalında amerikalı Fabiano Karuana üzərində qələbə qazanıb.

Fnal oyunu 9,5:8,5 hesabı ilə yükunlaşıb.

Bildirilir ki, final yolunda M.Karlsen amerikalı Ceffri Cyun və erməni Levon Aronyanı məğlub edib, F.Karuana isə ABŞ-ı təmsil edən Lenyer Dominges və Uesli So üzərində qələbə qazanıb.

Qeyd edək ki, turnirin mükafat fondu 265 min dollar olub. M.Karlsen turnirin qalibi kimi 75 min dollar qazanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR