"Bayern Münich"dən PSG-yə

25-06-2020, 14:25 239 dəfə baxılıb

"Bayern Münich"in futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirmək istəyir.

24 yaşlı futbolçu PSG-nin hədəfindədir. Hernandesin Paris klubu ilə danışıqlara başladığı bildirilir. Məlumata görə, futbolçu özü də Münhen klubunun rəhbərliyi ilə görüşərək, PSG-yə keçməyə icazə istəyib. Bayern-nin uyğun təzminat məbləği qarşılığında Hernandesi sata biləcəyi deyilir.

Fransalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında bitir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR