"Mbappe və Reşford bərabərsəviyyəli futbolçulardılar"

26-06-2020, 15:37 192 dəfə baxılıb

Fransa millisinin və "Manchester United"in keçmiş futbolçusu Lui Saa Kilian Mbappe və Markus Reşfordu müqayisə edib.

Saa onların bərabərsəviyyəli futbolçular olduqlarını düşünür:

"Mbappe və Reşford bacarıq olaraq bərabərsəviyyəli oyunçulardılar. Hər ikisi sürətlidi, texniki baxımdan güclüdülər, 2-3 müdafiəçi ilə əhatə olunanda vəziyyətdən çıxa bilirlər.

Mövqe olaraq da Kilian və Markus bənzərdilər. Hər ikisi geniş oynamağı sevməklə yanaşı, mərkəzdə də faydalıdılar. Ustalıq baxımından 100% eyni səviyyədədilər. Sadəcə, Mbappe daha stabildi. Digər tərəfdən, Reşford quruculuq mərhələsində olan "Manchester United"də oynadığı üçün, tam olaraq özünü göstərə bilmir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR