Catta yenidən istintaqa cəlb edilir

3-07-2020, 16:36 106 dəfə baxılıb

Almaniyanın "Hamburq" futbol klubunun oyunçusu Bakeri Catta yaşayış icazəsini alma qaydalarını pozmaqda gunahlandırılır.

Polis elektron informasiya daşıyıcılarını ələ keçirmək üçün B.Cattanın mənzilində axtarış aparıb. 22 yaşlı futbolçu yaşayış icazəsi almaq üçün saxta sənəd təqdim etməkdə şübhəli bilinir.

B.Сatta 2016-cı ildən "Hamburq"da oynayır və alman klubunda ümumən 78 oyun keçirib, 9 qol vurub. Ötən mövsüm 34 oyunda iştirak edib, dörd dəfə rəqib qapısından top keçirib.

Almaniya çempionatının ikinci divizionunda meydana çıxan "Hamburq" komandası ötən mövsümü dördüncü yerdə başa vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR