Mahir Emreli "Beşiktaş"a təklif olundu

9-07-2020, 15:53 311 dəfə baxılıb

"Qarabağ"ın hücumçusu Mahir Emreli "Beşiktaş"a təklif olunub.

Bu barədə "Fotospor" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul klubunun prezidenti Ahmet Nur Çebinin "CBC Sport"a açıqlamasında "azərbaycanlı qardaşlar ən yaxşılarını bizə gətirsinlər, oynadaq" açıqlamasına cavab olaraq Emreli onlara təklif olunub. Milli komandamızın üzvü də karyerasını ölkə xaricində davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Mahir Emreli 2019/20 mövsümündə 7 qolla bombardirlərə şərik olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR