Ronaldo "Yuventus"u tərk etmir

15-07-2020, 12:21 266 dəfə baxılıb

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo ayrılıq iddialarına baxmayaraq, Turin klubunda qalacaq.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu A seriyası təmsilçisindəki gələcəyinə şübhə etmir və hazırda klubunu dəyişdirməyi düşünmür. Bildirilib ki, portuqaliyalı oyunçu "Yuventus"da kuboklar qazanmağı hədəfləyir. Onun bu mövsümün sonunda "Qızıl buts"u əldə etməyi istədiyi vurğulanıb.

Qeyd edək ki, Ronaldonun yay transfer pəncərəsində Turin klubundan ayrıla biləcəyi iddia olunurdu.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR