Messi "Barselona"dan AYRILIR?

21-08-2020, 11:24 248 dəfə baxılıb

İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Lionel Messi baş məşqçi Ronald Kuman ilə söhbətində komandadan ayrılmağı düşündüyünü bildirib.

Bu barədə İspaniyanın "Rac1" radiostansiyası xəbər verib.

Məlumata əsasən, görüş futbolçunun evində baş tutub. Görüş zamanı hücumçu növbəti mövsüm üçün planlarını bölüşdü. Argentinalı oyunçu etiraf edib ki, Çempionlar Liqasının dörddəbir finalında Almaniyanın "Bavariya" sına məğlub olduqdan (2:8) sonra "Barselona" üçün aydın bir gələcək görmədiyi vəziyyətdən narahat və narazıdır.

Klub rəhbərliyi görüşlə bağlı heç bir açıqlama verməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR