"Mançester Siti"nin futbolçusu "Barselona"ya keçir

22-09-2020, 11:20 52 dəfə baxılıb

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçmək üzrədir.

Katalonlar 19 yaşlı futbolçunun keçidini 18 milyon avroya həll edib.

İspaniyalı futbolçunun bu gün "şəhərlilər"in Premyer Liqada "Vulverhempton"a qarşı keçirəcəyi oyunda iştirak etməyəcəyi bildirilib.

Qarsiya 2017-ci ildə 1,7 milyon avro qarşılığında "Barselona"nın akademiyasından "Mançester Siti"yə keçib. Qarsiya ötən mövsüm əsas komandada 17 oyun keçirib və 1 məhsuldar ötürmə edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR