"Bütün futbolçular məndən nümunə götürür"

19-10-2020, 19:06 85 dəfə baxılıb

Milan" 4 il idi ki, derbini qazana bilmirdi. İki həftə evdə qaldım və oynamaq üçün səbirsizlənirdim. Nə olur olsun, bu oyuna çıxmalı idim.

Bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 4-cü turunda "İnter"ə qalib gəldikləri oyunu (2:1) şərh edərkən deyib.

Derbidə dubl edərək komandasına qələbə qazandıran 39 yaşlı hücumçu İtaliya mətbuatına açıqlamasında "Milan"ın futbolçularına nümunə olduğunu bildirib: "Komandanın ən yaşlı futbolçusuyam, daha çox məsuliyyət hiss edirəm. Bu hissi sevirəm, çünki bütün futbolçular məndən nümunə götürür".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR