Ramos “Real”dan gedir?
"Real"ın kapitanı Serxio Ramos komandanı tərk edə bilər.
"Kral klubu" 34 yaşlı müdafiəçi ilə müqaviləsini 1 illik uzatmaq istəyir. Ramos isə Madrid təmsilçisindən 2 illik sözləşmə imzalanmasını tələb edir.
Tərəflər razılaşmayacağı təqdirdə ispaniyalı oyunçunun "Real"dan ayrılacağı gözlənilir.
Futbolçunun La Liqa klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxş edir.