Qrizmann “Barselona”dan gedə bilər

27-10-2020, 21:41 224 dəfə baxılıb

Fransa millisinin futbolçusu Antuan Qrizmann karyerasını vətənində davam etdirə bilər.

İspaniya "Barselona"sının hücumçusu "Lion"un maraq dairəsindədir.

Liqa1 təmsilçisi Antuanı icarəyə götürmək niyyətindədir. Forvard Barselonanın eyniadlı təmsilçisinin yeni baş məşqçisi Ronald Kumanın ümidlərini doğrultmur. Bu üzdən də klub onu satmağa və ya icarəyə verməyə hazırdır.

Əgər Qrizmann "Lion"da oynamağa razılıq versə, Memfis Depay əks istiqamətdə hərəkət edəcək. Müqaviləsi 2021-ci ilin yayında başa çatacaq sonuncu ispaniyalıların transfer siyahısındadır.

Qeyd edək ki, cari mövsüm La Liqada 5 oyun keçirən Qrizmann qola həsrət qalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR