Son 10 ilin ən yaxşı qapıçıları - SİYAHI

15-01-2021, 19:23 175 dəfə baxılıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ilin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Siyahıda 2011-2020-ci illərdə ən çox səs toplayan qolkiperlər yer alıb.

Yaxşı qapıçı Manuel Noyer olub. Almaniya millisinin və "Bavariya"nın üzvü 183 xal toplayıb.

İkinci pilləni Canluici Buffon tutur. "Yuventus"un italyan qapıçısının aktivində 148 xal var.

İlk "üçlüy"ü Tibo Kurtua qapayır. Belçika millisinin və "Real"ın qapıçısı 130 xal toplaya bilib.

İlk "onluq”da həmçinin Uqo Loris (Tottenhem - Fransa), Keylor Navas (PSJ - Kosta-Rika), Yan Oblak (Atletiko - Sloveniya), Petr Çex (Çelsi - Çexiya), Mark-Andre Ter-Şteqen (Barselona - Almaniya), David de Xea (Mançester Yunayted - İspaniya), İker Kasilyas (karyerasını bitirib - İspaniya). Onlar 100 xaldan az toplayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR