“Messi ən güclü futbolçudur, Neymar anadangəlmə liderdir”

10-02-2021, 15:29 182 dəfə baxılıb

“Messi ən güclü futbolçudur, Neymar anadangəlmə liderdir”PSJ klubunun yarımmüdafiəçisi Ander Herrera "Barcelona”nın hücumçusu Lionel Messinin Paris klubuna transfer olunma ehtimalını və Çempionlar Liqasının 1/8 finalında Katoloniya təmsilçisi ilə qarşılaşma barədə proqnozunu səsləndirib.

 

"El Larguero” nəşri xəbər verir ki, ispaniyalı futbolçu PSJ-nin "Barselona” ilə oyunda favorit olmadığını vurğulayıb.

"Onların Messisi var, şansımız 50 faizdir. Leo indiyə qədər gördüyüm ən güclü futbolçudur. Neymar anadangəlmə liderdir. Kilian çox gəncdir, ən yaxşılardan biri olacaq, indi ona çox təzyiq göstərməyə gərək yoxdur”, - deyə 31 yaşlı futbolçu bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR