""Çelsi"dəki qolsuz seriyam karyeramın ən pis vaxtlarıdır"

1-03-2021, 10:14 48 dəfə baxılıb

""Çelsi"dəki qolsuz seriyam karyeramın ən pis vaxtlarıdır""Çelsi"nin hücumçusu Timo Verner komandadakı oyunundan danışıb.

 24 yaşlı hücumçu "zadəganlar"ın heyətində uzun müddət qol vura bilmədiyi üçün depresiyaya düşdüyünü də deyib:

"Gülmək çox vacib olsa da, daha az gülməyə başlayırdım. Futbolda sevinc və zövq çatışmazlığı əvvəlki vəziyyətinə qayıtmağa kömək edə bilməz. Pozitiv qalmağa çalışmalısınız. Bu, əvvəlki Timoya qayıtmaq üçün əsas addımdır.

"Çelsi"dəki qolsuz seriyam karyeramın ən pis vaxtıdır. Əvvəllər bu qədər fürsəti boşa verməmişdim. İndi həmin vaxtların bitdiyinə görə xoşbəxtəm. Qol vurduğdan sonra hiss etdiyim sevinci yaşamamaq çətin idi".

 

Qeyd edək ki, Timo Verner "Çelsi"yə ötən il "Leyptsiq"dən keçib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR