Ançelotti 5 futbolçunu toxunulmaz elan etdi - SİYAHI

2-08-2021, 15:46 228 dəfə baxılıb

Ançelotti 5 futbolçunu toxunulmaz elan etdi - SİYAHI"Real Madrid"in satmayacağı 5 futbolçunun siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Marca" nəşri baş məşqçi Karlo Ançelottinin güvəndiyi və satılmasını istəmədiyi əsas adların siyahısını dərc edib.

Bunlar Tibo Kurtua, Kərim Benzema, Federiko Valverde, David Alaba və Vinisius Juniordur. Qalan futbolçuların hər biri sərfəli təklif gələcəyi halda, icarəyə verilə və ya satıla bilər.

Qeyd edək ki, "Real"ın PSJ-nin hücumçusu Kilian Mbappeni heyətinə qatmağa çalışdığı və bu transferin reallaşması üçün bir neçə futbolçusunu satmağı planlaşdırdığı barədə müxtəlif mənbələr davamlı informasiyalar yayır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR