"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİL

8-01-2016, 19:30 826 dəfə baxılıb

"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİL
"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİLDünən "Futbol+" qəzetində ""Kəpəz"in 20 manatlıq marşı oğurluqdu: marşın musiqisi erməniyə məxsusdu" başlıqlı yazı getmişdi. Yazı "Kəpəz" klubunun azarkeşlərində və marşın təşkilatçısı Turan Namazovda böyük hiddət və təəssüf hissi yaratdı. Təşkilatçı - azarkeş Turan Namazov azerinfo.az-a zəng edərək yazıyla bağlı məlumat verdi. Məsələyə aydınlıq gətirmək üçün həmin qəzetin baş redaktoru Mahir Rüstəmliylə əlaqə saxladıq. Mahir müəllim marşın musiqisiylə bağlı öz tənqidlərini bildirdi. Daha sonra azarkeş T. Namazov özü Mahir müəllimlə əlaqə saxladı və öz aralarında ortaq fikrə gəlib razılaşdılar. Eyni zamanda "Kəpəz" klubunun mətbuat katibi Azad müəllimə də zəng edib, baş verənlərlə bağlı məlumat verdik. Azad müəllim də qəzetin rəhbərliyi ilə əlaqə saxladı və bildirdilər ki, yol verilən yanlışlığa görə üzr istəyəcəyik.
"Futbol+" qəzetinin bugünkü sayında isə "Düzəliş" başlığı altında kiçik bir xəbər çıxıb. Orda qeyd olunur ki, "Qəzetimizin ötən sayında "Kəpəz"in 20 manatlıq marşı oğurluqdu" başlıqlı yazıda diqqətsizlik üzündən sərlövhədə yanlışlığa yol verilib. Belə ki, əslində marşın musiqisi erməni əsilli Edip Akbayrama yox, türk Murat Alperə məxsusdu. Akbayram, sadəcə, mahnının ifaçısıdı. Əslində yazıda bütün bunlar ətraflı şəkildə izah olunub. Ancaq sərlövhədə yanlışlıqla "Marşın musiqisi erməniyə məxsusdu" cümləsi gedib. Diqqətsizliyə görə üzr istəyirik!"
Baş verən neqativ olayın yoluna qoyulduğu bir vaxtda azpolitika.info və rekord.az saytları birinci yazıdan məharətlə istifadə edib, çox qərəzli və istehzalı şəkildə "Futbol klubunun marşı oğurluq çıxdı?", ""Kəpəz"in 20 manatlıq marşı oğurluqdu: musiqisi erməniyə məxsusdur" başlıqlı yazılar dərc etdilər. Araşdırmadan, məsələnin nə yerdə olduğunu aydınlaşdırmadan belə qərəzli yazını hörmətli saytlarımız nədən dərc etdi, anlamadıq.
Əlavə edək ki, mahnının müəllifinin həqiqətən də başqa adam olduğunu T. Namazov özü bizə təqdim etdiyi yazışma ilə sübut edib. Aşağıdakı şəkillər onun müəlliflə feysbuk yazışmasının görüntüləridir.
"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİL
"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİL
"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİL
"KƏPƏZ" KLUBUNUN MARŞI OĞURLUQ DEYİL

P.S. Bu marş azarkeşləri tərəfindən həvəskar olaraq "Kəpəz" Futbol Klubuna həsr edilib. Rəsmi deyil. Marşın musiqisi Alp Murat Alper'ə məxsusdur.



http://azerinfo.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR