“Napoli” səfərində “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək

24-11-2025, 10:15 17 dəfə baxılıb

“Napoli” səfərində “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək


“Qarabağ”ı İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Bu barədə klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, “Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq.

Qeyd edək ki, “Napoli” -“Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da) “Stadio Diego Armando Maradona” stadionunda start götürəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR