UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə qarşılaşacaq

Bu gün, 05:55 4 dəfə baxılıb

UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə qarşılaşacaq


Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə Bolqarıstanın ÇSKA Sofiya klubu ilə üz-üzə gələcək. Qarşılaşma Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə (0:0) ilə yekunlaşıb. Bu səbəbdən cütün taleyi cavab görüşündə müəyyənləşəcək.

Bu mərhələni uğurla adlayan komanda UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) – "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR