Azərbaycan millisini Çexiyaya aparan təyyarədə qorxulu anlar

10-10-2016, 09:21 917 dəfə baxılıb

Azərbaycan millisini Çexiyaya aparan təyyarədə qorxulu anlar












DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız bu gün oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.

APA-nın məlumatına görə, saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.

Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, təyyarə Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşəcək.

Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, artıq milli komanda Çexiyadadır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR