Torresin yeni klubu açıqlandı

10-07-2018, 17:24 420 dəfə baxılıb

Torresin yeni klubu açıqlandı


"Atletiko"nun futbolçusu Fernando Torres karyerasını Yaponiyada davam etdirəcək.

Bu barədə klubun saytı xəbər yayıb. İspaniya mətbuatı 34 yaşlı hücumçunun ilinə 6,2 milyon avro qazanacağı yazıb.

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Fernando Torres 2001 - 2007 və 2015 - 2018-ci illərdə Madrid təmsilçisinin formasını geyinib. Təcrübəli forvard həmçinin İngiltərənin "Liverpul" və "Çelsi", eləcə də İtaliyanın "Milan" klublarının formalarını geyinib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR