Neymar "Real"a keçmək istəmir

12-07-2018, 18:00 454 dəfə baxılıb

Neymar "Real"a keçmək istəmir


PSJ-nin futbolçusu Neymar haqda növbəti iddia yayılıb.

"Mundo Deportivo" nəşri yazıb ki, Kriştianu Ronaldunun "Real"dan ayrılaraq "Yuventus"a keçməsindən sonra braziliyalı hücumçu Madrid klubuna transfer olmağa tərəddüd etməyə başlayıb. Bildirilib ki, Neymar "Real"da məhz portuqaliyalı futbolçu ilə birgə oynamaq və bir neçə ildən sonra onu əvəzləmək istəyirdi. Ancaq Ronaldu və baş məşqçi Zinəddin Zidanın "kral klubu"ndan ayrılmasından sonra komandanı yenidən qurmaq nəzərdə tutulur. Belə bir vaxtda isə Neymar "Real"a keçməyə ehtiyat edir. Çünki burada onun formalaşmağı üçün daha çox vaxt lazım ola bilər.

Məhz bu səbəblərə görə Neymarın hazırda karyerasını PSJ-də davam etdirməyi daha məqsədəuyğun saydığı vurğulanıb.

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də oynayır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR