“Şah” erməni ilə heç-heçəyə razılaşdı

22-08-2018, 14:54 464 dəfə baxılıb

“Şah” erməni ilə heç-heçəyə razılaşdı


ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin 4-cü turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.

4 turdan sonra Şəhriyarla yanaşı, Qrişuk və Aronyanın da aktivində 2,5 xal var.

10 şahmatçının yarışdığı "Sinquefield Cup"ın qalibi 75 min dollar qazanacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR