2018-ci ilin ən yaxşı hakimləri

4-12-2018, 19:37 348 dəfə baxılıb

2018-ci ilin ən yaxşı hakimləri


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.

Qurum dünya ölkələrindəki nümayəndələri arasında keçirdiyi səsvermə ilə həm kişi, həm qadınlar arasında ən yaxşıları müəyyənləşdirib.

Argentinalı Nelson Pitana ilin ən yaxşı kişi hakimi adını qazanıb. O, 180 xal toplayıb. Hollandiyalı Byorn Kuypers 100, serbiyalı Milorad Majiç 86 xal yığıb.

Almaniyalı Bibiana Steynhaus isə qadın hakimlər arasında ən yaxşı seçilib - 138 xal. Çexiyalı Yana Adamkova 100 xalla 2-ci, Stefani Frappard 67 xalla 3-cü olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR