PSJ-nin istədiyi futbolçu Qətər klubunda

5-02-2019, 17:57 303 dəfə baxılıb

PSJ-nin istədiyi futbolçu Qətər klubunda

Yaponiya millisinin üzvü Seya Nakazima karyerasını Qətərdə davam etdirəcək.

, Portuqaliyanın “Portimonense” klubunun şərəfini qoruyan Nakazima “Əl-Duxayl” klubuna transfer olunub. Bu barədə Qətər təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçinin transferindən “Portimonense” 35 milyon avroya yaxın gəlir əldə edəcək.

“Əl-Duxayl” bir müddət əvvəl “Yuventus”dan Mehdi Benatianı da transfer etmişdi.

Yaponiya millisinin də formasını geyinən Nakazima ilə PSJ də yaxından maraqlanırdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR