Fələyin çərxi düz, "RADİUS"un təkəri tərsinə dövran edir

7-08-2019, 23:03 310 dəfə baxılıb

Fələyin çərxi düz, "RADİUS"un təkəri tərsinə dövran edir


"Şinlər Sizin avtomobilinizin yol ilə yeganə kontaktdır. Yolda təhlükəsizliyin təminatı üçün Siz əmin olmalısınız ki, quraşdırılan şinlər yolda yarana biləcək istənilən hadisəyə hazırdır. Radius Sizin mükəmməl seçiminiz üçün avtomobilin tələbatlarına və istənilən büdcəyə uyğun aparıcı istehsalçılarının geniş şin çeşidini təklif edir... Əmin olun, avtomobilinizə quraşdırılmış təkərlər istək və tələblərinizə uyğun olan yüksək keyfiyyətli təkərlərdir." - 2014-cü ildən fəaliyyət göstərən "Radius" avtomobil təkər mərkəzi özünün dəm-dəsgahlı reklamında belə təqdim olunur.

Alıcını heyran etməyi qarşısına məqsəd qoyduğunu bəyan edən "Radius" əslində müştərinin başına oyun açmaqla onu heyrətləndirir. “Biz Sizə şinləri satmayacayıq, düzgün şinlərin seçimində kömək edəcəyik” fəlsəfəsini rəhbər tutduğunu iddia edən şirkət əslində xaricdən ucuz aldığı aşağı keyfiyyətli şinləri müştəriyə sırıyır. “Şinlərə ədalətli qiymət” siyasəti də məhz buradan qaynaqlanır.

Bu sətirlərin müəllifi - yəni, mən Hümbətov İbrahim Qubad oğlu şəxsən özüm "Radius" ATM tərəfindən aldanılmışam. Mənə məxsus "Hyundai" SantaFe" avtomobili üçün bu şirkətdən 01.11.2018-ci il tarixdə nağd ödənişlə aldığım dörd şinin istismara yararsız olduğunu (əyildiyini) müşahidə edən kimi "Radius" ATM-ə müraciət edib onların dəyişdirilməsini, eyni zamanda əvəzlənəcək təkərlərin keyfiyyətinə zəmanət verilməsini istədim. Bütün bunları tələb etmək hüququmu aramızda bağlanmış müqaviləyə təsbit edir. Mən o şinlərə qəsdən ziyan vurmamışam, istismar şərtlərini pozmamışam, zədələnmiş şinləri digər təmir məntəqələrində təmir etdirməmişəm , maşınımla hərbi əməliyyatlarda, xalq iğtişaşlarında və ya tətillərində, terror, vandalizm aktlarında iştirak etməmişəm ki, həmin şinlərin sığortası qüvvədən düşmüş hesab olunsun. Lakin, uzun çək-çevirdən sonra ATM yalnız şinlərdən birinin tam yararsız hala düşdüyünü təsdiq edən 27.07.2019-cu il tarixli 188.15 manatlıq qüsur aktı tərtib etmiş və AXA MBASK SŞ ASC sığorta şirkətinə məlumat verərək təkərin dəyərinin mənə ödənilməsini xahiş etmişdir. Baxış keçirilmiş şin avtomobildən açılmışdır. Digərlərinə gəlincə, ATM-dən bildirmişlər ki, dəymiş ziyanın istehsal qüsurları ilə əlaqəli olub-olmaması istehsalçı zavoddan öyrənilənədək sığorta təminatı verilə bilməz. Amma o da məlumdur ki, zavod istehsal etdiyi məhsulda defekt aşkarlandığı təqdirdə özü həmin məhsulları distribütorlarından kütləvi şəkildə geri çağırır. Bütün bu məsələlər barədə şirkətin nümayəndələri ilə mübahisə edəndə mənə bildirdilər ki, məhkəməyə müraciət edim. Belə çıxır ki, ATM istehsalçıdan məlumat alana və ya ehtimal ki uzun sürəcək məhkəmə çəkişmələri bitənə kimi mənim avtomobilim təkərsiz qalmalıdır . Ya da əlavə mənbə hesabına pul tapıb başqa satıcıdan təkər almalıyam.

Onu da qeyd edim ki, "Radius" ATM-in göstərdiyi satdığı şinlərin, xidmətlərin qüsurları barədə sosial şəbəkədə də xeyli mənfi rəylər vardır. Bu mövzuya yenidən qayıdanda həmin məlumatları oxuculara-"Radius"un potensial müştərilərinə təqdim edəcəyəm. Bu məqaləni isə həmin narazılıq ifadə edən kommentlərdən biri ilə yekunlaşdırıram:

"Sizin servisdən şinin çiyin hissəsində olan deşiyin isti vulkanizasiya ilə təmirini xahiş etdim. Gözləmə otağında olarkən ustaların həmin deşiyi tapmaqda çətinlik çəkmələri ilə əlaqədar personalın icazəsi ilə jileti geyindim, ustaların yanına gəldim və dəliyin yerini onlara göstrdim. Mən düzəldildikdən sonra bu şinin ehtiyat diskinə salınmasını xahiş etdim və səhərisi gün gələcəyimi söylədim. Bu gün Sizin ustalar təkəri gətirdilər və “biz əvvəlcədən deyirik, buna qarantiya vermirik” dedilər. Əslində təmir olunmuş şinin təzəsini artıq əvəz etməyəcəyini bilirdim, amma yenə məni maraqlandıran sualı verdim: “Əgər heç bir qarantiya vermirsinizsə, onda niyə düzəldirsiniz?” Cavab qəfil və çox gözlənilməz oldu: “Şin pis vəziyyətdə idi, çox uzun kəsik və kəsiyin üstündə şiş var idi, bu çür şinin təmirdən sonra belə istifadəsi təhlükəli ola bilər". Bu, məni çox təəccübləndirdi, baqaja qoyduqları təkəri çıxarıb diqqətlə nəzərdən keçirdim. Sonra aşağıdakı sualları verdim, amma heç birinə məntiqli cavab almadım:

1) Əgər şində böyük
kəsik və hətta şış var idisə, onda niyə ustalar həmin yeri tapa bilmirdilər və
mən gəlib göstərdim.
2) Əgər şinin yan
dıvarında şiş var idisə, niyə bu barədə müştəriyə qabaqcadan deyilmədi, yalnız
sonradan belə bir xətanın olduğu söylənildi. Məndən də yalnız şinin çiynindəki
xətaya görə 25.8 manat pul alındı. Yan divarda xəta olsaydı, buna görə əlavə 27.9 manat pul alınmalı deyildimi? (bu qiymət Sizin internet səhifənizdə var). Bəs niyə alınmadı?
İsti vulkanizasiya zamanı düzgün görülməyən iş nəticəsində şinin karkasının zədələnməsi və şişin yaranması hallarıının olması heç kəsə sirr deyil. Bu müxtəlif mənblərdə öz əksini tapmışdır. İstəsəniz bu barədə çoxlu material da Sizə təqdim edə bilərəm. Amma Sizin işçilər bunu heç cür boyunlarına almaq istəmədilər. İsrar etdilər ki, şinin yan divarında şiş qabaqcadan var idi".

İbrahim QubadoğluFələyin çərxi düz, "RADİUS"un təkəri tərsinə dövran edir
Fələyin çərxi düz, "RADİUS"un təkəri tərsinə dövran edir
Fələyin çərxi düz, "RADİUS"un təkəri tərsinə dövran edir


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR