“Minimum pensiyanın hazırkı alıcılıq qabiliyyəti artmayıb, əksinə azalıb”

30-09-2019, 19:30 252 dəfə baxılıb

“Minimum pensiyanın hazırkı alıcılıq qabiliyyəti artmayıb, əksinə azalıb”



"Oktyabrdan pensiyaların minimum məbləği 2013-cü illə müqayisədə 10 dollar az olacaq".

Azerinfo.tv xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda minimum pensiya 100 manat idi, o zamankı kursa bu pulu dollara çevirəndə 127 dollar edirdi:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat olacaq, hazırkı kursla 117 dollar, yəni 2013-cü illə müqayisədə minimum pensiya, hətta 200 manata çatdırılandan sonra 10 dollar azalır. Azərbaycanda pensiyaçıların istifadə etdiyi məhsul (meyvə və tərəvəz istisna olmaqla) və dərmanların əksəriyyəti idxal olunur və dolların hazırkı məzənnəsinə uyğun olaraq satışa çıxarılır.

Şübhəsiz ki, pensiyaçıların istehlak etdiyi məhsul və xidmətlərin qiymətləri 2013-cü illə müqayisədə əhəmiyyətli dərəcədə bahalaşıb. Bunu nəzərə alanda birmənalı şəkildə demək olar ki, Azərbaycanda minimum pensiyanın hazırkı alıcılıq qabiliyyəti artmayıb, əksinə azalıb. Təəssüf ki, bu belədir və rəsmi rəqəmlərdən irəli gələn qənaətdir".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR