Yaponiyada ixracatın həcmi son 10 ildə rekord dərəcədə düşüb

21-05-2020, 14:08 195 dəfə baxılıb

Yaponiyanın maliyyə nazirliyi aprel ayında ölkə ixracatının koronavirus pandemiyasl səbəbi ilə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azaldığını açıqlayıb.

Bu Yaponiya iqtisadiyyatının qlobal maliyyə böhranının təsiri altında olduğu 2009-cu ilin oktyabr ayından indiyədək ən böyük azalmadır.

Bildirilir ki, göstərilən müddətdə ixracat həcmi 5,202 milyard yen (48 milyard dollardan çox) təşkil edib. Bu göstərici son 17 ayda azalmağa davam edir.

Eyni ayda Yaponiyanın idxalı bir il əvvəlki ayla müqayisədə 7,2 faiz azalaraq 6,132 milyard iyenə (57 milyard dollara yaxın) düşüb. Bu göstəricinin azalması isə son 12 ay davam edir.Mayın 18-də Yaponiya hökuməti hazırkı iqtisadi dinamikada ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2020-ci ilin sonuna qədər 3,4 faiz azala biləcəyini proqnozlaşdırıb. Birinci rübdə Yaponiyanın ÜDM-nin azalması 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 0,9 faiz olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR