Qarabağda yeni nəsil silahların müharibəsi gedir - MÜQAYİSƏ

13-10-2020, 14:26 236 dəfə baxılıb

Bu gün Qarabağda gedən müharibə yeni nəsil silahların müharibəsidir. Hətta bunu yüksək texnologiyalar müharibəsi kimi də qiymətləndirmək olar.

Bu barədə Modern.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov 1-ci və 2-ci Qarabağ müharibəsinin müqayisəsini apararkən bildirib.

O qeyd edib ki, bu, texnoloji mövqedən 5-ci nəsil silahlara sahib olan Azərbaycan ordusu ilə 2-ci nəsil silahlara sahib olan Ermənistan ordusu arasında aparılan müharibədir:

“Nəzərə almaq lazımdır ki, keçmiş sovet, indiki rus nəzəriyyələrinə əsaslanan Ermənistan ordusu və müasir müharibələri təhlil edərək öz imkanlarını ona uyğunlaşdırmış Azərbaycan ordusu arasında münaqişə gedir. Azərbaycan milləti uzun illərdir bu sahəyə xüsusi diqqət yetirir. Bu səbəbdəndir ki, yeddidən yetmişə bütün Azərbaycan xalqı müharibəyə köklənib.

Sülh danışıqları aparılan bu günlərdə, xalqla yanaşı, şəhid analarının belə, atəşkəslə razılaşmadığının şahidi oluruq. Bu da onu göstərir ki, ölkədə güclü vətənpərvərlik ruhu var.

90-cı illərlə müqayisə etsək, bu günlərdə ordumuzda vahid komandanlıq, yüksək texnologiyalı silahlarımız mövcuddur. Xalq-ordu birliyi nümayiş olunur”.

Hərbi ekspertin sözlərinə görə, cəbhədə ruh yüksəkliyi yüksək səviyyədədir:

“O dərəcədə ki, günlərdir ön cəbhədə vuruşan döyüşçüləri əvəzləmək üçün yeni əsgərlər gətirilsə də, onlar bununla razılaşmayıblar”.

R.Süleymanov informasiya müharibəsində də Azərbaycanın öndə olduğunu vurğulayıb:

“Müşahidələr göstərir ki, düşmən dezinformasiya yaymaqla insanları təşvişə salmaq istəyir. Bütün müharibələrdə, qələbələrdə ən əsas rolu inam oynayır. Qarşı tərəf bu inamı qırmağa çalışsa da, bunu bacarmır. Azərbaycan xalqı qələbəyən inanır!”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR