Ramiz Mehdiyev Ağalar Vəliyevi özünə partnyor seçdi - Milyon yarımlıq tender

27-10-2020, 13:07 230 dəfə baxılıb

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi Sumqayıt şəhərindəki Polimer Materialları İnstitutunun binasında təmir işlərinin davam etdirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azəraqrartikinti” ASC-dir.

Qalib şirkətə 1 499,4 min manat ödəniləcək.

DİA.AZ xatırladır ki, tenderin qalibi olan “Azəraqrartikinti” ASC deputat Ağalar Vəliyevə aiddir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR