Ukraynada qaz kəskin bahalaşacaq

27-10-2020, 19:40 193 dəfə baxılıb

Ukraynada əhali üçün təbii qazın qiyməti noyabrın 1-dən kəskin artacaq. Bu barədə qərarı Ukraynanın "Naftoqaz" şirkəti verib.

Beləliklə, cari ilin noyabrın 1-dən etibarən Ukraynada daxili ehtiyaclar üçün qazın qiyməti 35% artacaq.

"Naftoqaz"ın mətbuat xidməti xəbər verir ki, "aylıq" tarifində bir kubmetr qazın qiyməti 35% artaraq 6,33 qrivna (təxminən 0,38 manat) təşkil edəcək (paylanma istisna).

Müştərilər əvvəllər "illik" tarifə qoşulmuşdusa, onlar üçün ödəmə yay mövsümünə keçid dövründə olan qiymətlə müəyyənləşdiriləcək. Bu tarif 31 oktyabr tarixinədək aktivləşdirilə bilər ki, sonradan qazın bir kubmetri 5,24 qrivnaya (0,31 manat) başa gələcək və bütün il ərzində qüvvədə olacaq. Bu tarixdən sonra isə qazın qiyməti 6,45 qrivna (0,39 manat) olacaq.

"Naftoqaz" qiymətlərin kəskin artımının mövsümi amillə yanaşı, yanacağın topdansatış qiymətindəki artımla da əlaqəli olduğunu bildirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR