Büdcə müzakirələri gecikir...

19-11-2020, 09:29 158 dəfə baxılıb

Hər il noyabrın 13-dən başlayaraq Milli Məclisdə növbəti ilin büdcə müzakirələrinə start verilir.

Hələlik isə parlamentdə büdcə müzakirələrinin nə vaxt keçiriləcəyi bəlli deyil.

Büdcə müzakirələrinin gecikməsinə gəlincə, ölkədə Vətən müharibəsinin başlaması, hazırda isə məsələnin diplomatik masada davam etdirilməsi ilə bağlıdır.

Bu səbəbdən də 2021-ci ilin büdcəsində nələrin müzakirə olunacağını bilmirik.

Bilinən isə odur ki, 2021-ci ilin büdcəsi əvvəlki illərin büdcəsindən fərqli olacaq.

Mövzu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, 2021-ci ilin büdcəsi əvvəlki büdcələrdən tamamilə fərqlənəcək:

“Büdcə müzakirələrinin bu il gecikməsinə əsas səbəblərdən biri ölkədə müharibə vəziyyətinin hökm sürməsidir. Bu il üçün istiqamətlər də tamamilə dəyişib. Artıq Qarabağ işğaldan azad olunub. Eyni zamanda, ölkədə koronavirus pandemiyası davam edir. Məhz COVID-19 pandemiyası ilə əlaqədar xərclər və müəyyən sosial ödəmələr var. Digər tərəfdən isə Azərbaycan işğal altında olan ərazilərinin əksər hissəsini azad edib. Həmin ərazilərdə bərpa işləri getməli, sosial layihələr həyata keçirilməli və bu sahəyə diqqət yetirilməlidir”.

Vahid Əhmədovun sözlərinə görə, budəfəki büdcədə müharibədə iştirak edənlərlə bağlı məsələlər yer ala bilər:

“İkinci Qarabağ Müharibəsində şəhid olan ailələrə müavinətlərin verilməsi, müəyyən zədə almış hərbçilərimizə yardımların edilməsi, onların evlə təmin olunması kimi məsələlər əsas müzakirə obyekti ola bilər. Hesab edirəm ki, bu məsələlərdə daha çox sərbəstlik vermək lazımdır ki, Azərbaycan hökuməti qarşıya qoyulan məsələləri yerinə yetirə bilsin”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR