Tikinti materialları kəskin bahalaşdı – MİŞAR DAŞI TAPILMIR

3-05-2021, 19:23 24 dəfə baxılıb

Azərbaycanda son günlər tikinti materialları kəskin bahalaşır.

FED.az xəbər veriri ki, bahalaşma tikintidə istifadə olunan demək olar ki, bütün əsas tikinti materiallarını – qum-çınqıl, şeben, sement, daş, dəmir-armatur, dam örtükləri və taxta məmulatlarını əhatə edir.
Təmir-tikinti şirkətlərindən FED.az-a bildirilib ki, tikinti materiallarında bahalaşma sona aylar bir neçə dəfə baş verib.

Belə şirktlərdən birinin rəhbəri Emil ağayev FED.az-a bildirib ki, ənənəvi olaraq mart ayında tikinti mövsümü başandığına görə, materialların bahalaşması gözlənilirdi, amma həmin bahalaşmadan sonra qiyiət artımının növbəti, daha ciddi dalğası gəlib: «Doğrudur, hər il bu mövsümdə artım olurdu. Amma bu ilin artımı artıq baş vermişdi, son 2-3 ay ərzində qiymətlər bir neçə dəfə yüksəlmişdi. Ümumiyyətlə, son bir il ərzində tikinti materiallarında, necə deyirlər, devalvasiya baş verib. Sement, armatur, taxta, dam örtüklərinin qiymət artıb, materiallar böyük məbləğdə bahalaşıb»-deyə bildirilir.

Səbəbi dəqiq bilinmir, tikinti şirkçtləri hesab edir k,i hazırda azad olunan böylgələrəə mateiallar çox edir ə qıtlıq yaranır

Ən kəskin vəziyyət əsas tikinti materialı sayılan mişar daşında hiss olunur. Azərbaycanda tikniti işlərində adətən Qarabağ daş karxanalarında hasil edilən «Qaradağ» və «Çənlibel» daşlarından istifad edilir. Son vaxtlara qədər belə daşların biri 40 qəpikdən satılırdı.

Amma indi vəziyyət dəyişib. Qaradağ daşlarının qiyməti 65-70 qəpiyə yüksəlib, hətta bu qiymətə də onları tapmaq çətinləşib. Digər, daha keyfiyyətsiz daşların qiyməti isə 48-50 qəpiyə qalxıb: «Qaradağ daşı 40 qəpik idi. İndi 60-70 qəpikdir, hətta bu qiymətə də tapmaq olmur. Nisbətən ucuz olanlar isə keyfiyyətsizdir, ovulub gedir».

Hələlik bahalaşmanın dəqiq səbəbi açıqlanmır, amma işğaldan azad edilən ərazilərdə tikinti işləri sürətləndiyinə görə, güman edilir ki, qiymət artımı bununla bağlıdır: «Daş karxanaları ilə əlaqə saxlayırıq ki, qiyməilər niyə belə bahalaşır. Səbəbi işğaldan azad edilən torpaqlarda işlərin aparılmasıdır»-deyə şirkətlərdən FED.az-a bildirilib.

Dəmir rusiya ilə bağlı ola bilər – amma dəqiq bilinmir

Bahalaşma digər materialları da əhatə edir.

Ötən il kubmetri 230-270 manat olan taxta hazırda 420-430 manata satılır.

Ötən il tonu 600-700 manat olan dəmir materiallar bu mövsümdə 800 manata yüksəlsə də, indi qiymət 1200 manat olub.

Xüsusilə dəmir profillər kəskin bahalaşıb. Son 3-4 ay ərzində dəmir profillərin qiymətində ayda 100-150 manat artım baş verib. «Qutu» profillər isə son 3-4 ay ərzində tonu 1050 manatdan 1650 manata yüksəlib, yəni 50% bahalaşma baş verib.

Əsas tikinti materiallarından armaturun tonu

950 manatdan 1 220 manata yüksəlib. Sementin kisəsi 5,4 manatdan 7,3 manata qalxıb.

Bahalaşma dam örtüyündən də yan keçməyib. Təkcə son iki gündə dam örtüyünin qiyməti 10% artıb. Bəzi növlər isə kvadratmetri 15 manatdan 25manata yüksəlib.

Tikinti şirkətlərində bildirirlər ki, qiymətlərin bel kəskin artması tikintinin maya dəyərini bahalaşdırır və qiymətlər əvvəldən nəzərdə tutulduğundan artıq olduğuna görə, tikinti şirkətləri ilə müştərilər arasında problemlər yaranmağa başlayıb: «Təsəvvür edin ki, müştərilərlə müqavilə imzalamışıq. Burada göstərilib ki, mal-materiallarda, məsələn 10% artım olsa tikinti qimyəti də bu qədər arta bilər. Amma indi məlum olur ki, qiymət bundan daha çox artıb. Müqavilə isə imzalanıb, və artım barədə müştəriyə deyəndə probem yaranır».

Belə vəziyyətdə, şirkətlər müştərini narazı salmamaq və sifarişi itirməmək üçün güzəştə gedir və qazanclarından keçməli olurlar:

«Biz ötən bir ili onsuz da pandemiyaya görə, zərərlə başa vurmuşduq. Tikintilərin dayanması şirkətlərə böyük zərər vurmuşdu və hamı indiki tikinti mövsümünü – mart ayını gözləyirdi.

Amma indi məlum olur ki, qiymətlər elə sürətlə artıb ki, bazarı tənzimləmək demək olar ki, mümkün deyil».

İş o yerə çatıb ki, bəzi şirkətlər ümumiyyətlə maya dəyərinən də aşağı qiymətə işləyirlər: «Bir müştəri ilə danışmışdıq, evin tikinti-təmirini müəyyən məbləğə razılaşdırmış və müqavilə bağlamışdıq. Amma indi hesablayırıq ki, bizimqazancımız bir yana, tikintinin maya dəyəri 1 kvadrata görə, təqribən 480 manat artıb».

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq bina evlərinə maraq azalıb, həyət evlərinə üz tutanlar çoxalıb və fərdi ev inşa edənlərin sayı bu il daha çoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR