Elman Rüstəmov: Üçüncü devalvasiya olmayacaq
Mərkəzi Bank sədri açıqlama verdi
Ölkədə növbəti devalvasiya üçün heç bir fundamental əsas yoxdur.
Bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ölkənin öz ÜDM-i səviyyəsində valyuta ehtiyatları var.
“Bütövlükdə biz görürük ki, artıq manat öz dayanıqlı məzənnəsini axtarmaqdadır və ona çox yaxındadır”, - deyə, bildirən E. Rüstəmov “Fitch” beynəlxalq reytinq agentliyinin manatın növbəti dəfə devalvasiyaya uğrayacağı barədə proqnozlarına münasibətinin mənfi olduğunu vurğulayıb.