Azərbaycan neftinin qiyməti 107 dolları ötdü

8-09-2026, 05:36 26 dəfə baxılıb

Azərbaycan neftinin qiyməti 107 dolları ötdü


Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb.

“ “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, neftimiz bundan əvvəl 104,20 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR