Azərbaycanda benzin bahalaşdı

19-08-2018, 21:49 486 dəfə baxılıb

Azərbaycanda benzin bahalaşdı

Xaricdən Azərbaycana idxal olunan Premium və Super Premium markalı benzinin qiyməti artıb.

Azerinfo.tv bildirir ki, hazırda yanacaqdoldurma məntəqələrində Premium (Ai-95) markalı benzin 1.50 AZN-ə təklif olunur (əvvəl 1.25 AZN idi).

Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 AZN təşkil edib.

“Report” xatırladır ki, hazırda ölkəyə idxal olunan Premium Euro-95 markalı avtomobil benzininin hər litri orta hesabla, təxminən 1.35-1.4 AZN-ə başa gəlir. Yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu göstərirdi. Oxşar vəziyyət keçmiş müddətdə Super Euro-98 markalı avtomobil benzinində də müşahidə olunurdu.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR